Təhlükəsizlik Naziri: İranın təhlükəsizlik qüvvələri terrorçulara rəhm etməyəcəklər
-
Təhlükəsizlik Naziri: İranın təhlükəsizlik qüvvələri terrorçulara rəhm etməyəcəklər
İran İslam Respublikasının təhlükəsizlik naziri deyib: İran xalqı Təhlükəsizlik Nazirliyinin adı ilə arxayınlıq hissi keçirirlər ona görə ki, İranın təhlükəsizlik qüvvələrinin terrorçulara rəhmsiz olduğunu bilirlər.
İranın təhlükəsizlik naziri Məhəmməd Ələvi bu gün Tehranda İranın İslami Mədəniyyət və İrşad Nazirliyinin rəsmilərinin konfransında etdiyi çıxışında deyib: İranın Təhlükəsizlik Naziri düşmənlərin ürəyinə qorxu salır.
İranın təhlükəsizlik naziri islam dininin digər mədəniyyətlərlə qarşılıqlı əməkdaşlıq hökmlərinə toxunaraq deyib: Digər ölkələrlə mədəni əməkdaşlıqlarda onların müsbət cəhətlərinə diqqət yetirmək və bu cəhətləri metodlar formasında mənimsəmək lazımdır.
İran İslam Respublikası Təhlükəsizlik Nazirliyi ABŞ, Britaniya və bəzi ərəb ölkələri tərəfindən dəstəklənən terrorçu qrupların İranın müxtəlif bölgələrində bir neçə partlayış əməliyyatlarını zərərsizləşdirmişdir.