General Baqiri: İran təhlükəsizlik baxımından ən yaxşı durumdadır
İran İslam Respublikası Ordusunun Silahlı Qüvvələrinin Baş Qərargah Rəisi deyib: İran Fars körfəzində, Hormoz boğazında və Oman dənizində təhlükəsizlik baxımından ən yaxşı durumdadır və sərhədlərin ətrafında əcnəbilərin fəaliyyətləri baxımından heç bir nigarançılıq yoxdur.
İRİB-in verdiyi məlumata görə, General Leytenant Məhəmməd Baqiri bu gün əcnəbi ölkələrin hərbi gəmilərinin Fars körfəzi və Oman dənizindəki fəaliyyətlərinə toxunaraq deyib: Onların hamısı İran İslam Respublikasının silahlı qüvvələrinin öz sərhədləri və mənafelərini müdafiə etmək üçün hazır olduğunu və bütün beynəlxalq hüquq normalarına riayət etdiyini bilirlər.
İİR Silahlı Qüvvələrinin Baş Qərargah rəisi İranın silahlı qüvvələrinin hərbi təlimlərinin praqlar əsasında həyata keçdiyini xatırladaraq deyib: Bu təlimlərin bəzi ölkələrin təhdidləri yaxud siyasi hadisələri ilə heç bir əlaqəsi yoxdur.