Qonşu ölkələrlə əlaqələri genişləndirmək, İranın xarici siyasətinin əsas prioritetidir
İran İslam Respublikası xarici işlər naziri 1395-ci günəş ilini xarici siyasət səhnəsində bu ölkə üçün uğurlu il adlandırıb.
İRNA-nın məlumatına görə, jurnalistlərə açıqlama verən Məhəmməd Cavad Zərif 1395-ci günəş ilində Asiya, Afrika, Latın Amerikasına 58 xarici səfəri, 84-dən çox xarici siyasi heyətin İrana gəldiyini deyib: İranın Xarici İşlər Nazirliyinin proqramları hərtərəfli siyasətə əsasən tənzimlənib.
"Qonşu, müsəlman ölkələr və İranla oxşar və eyni mövqeyə malik ölkələr İranın xarici siyasətində xüsusi yerə malikdirlər" -deyə Zərif əlavə edib.
İran dövləti üçün qonşu ölkələrlə əlaqələrin genilşləndirilməsinin əhəmiyyətini qeyd edən nazirin sözlərinə görə, İran İslam Respublikası prezidenti Həsən Ruhaninin Küveyt və Omana səfəri də bu istiqamətdə baş tutmuşdur.
İran xarici işlər naziri həmçinin 1395-ci günəş ilində regional məsələlərin diplomatiya idarəsinin vaxtını çox aldığını deyib: Hal-hazırda İran Suriya böhranının həllində siyasi həll yolunun tapılması üçün müzakirələrin əsas üç tərəfindən biridir.