Mart 19, 2017 09:54 Asia/Baku
  • İmam Rza (ə) ziyarətgahında Həzrət Fatimə-Zəhranın (s.ə) viladəti ilə bağlı xüsusi ayin
    İmam Rza (ə) ziyarətgahında Həzrət Fatimə-Zəhranın (s.ə) viladəti ilə bağlı xüsusi ayin

Əziz İslam Peyğəmbəri Həzrət Məhəmmədin (s.ə.s) əziz qızı Həzrət Fatimə-Zəhranın (s.ə) səadətli viladətinin ildönümü gecəsi ilə yanaşı Məşhəddə dünya şiələrinin 8-ci imamı HƏzrət İmam Rzanın ( ə) pak ziyarətgahının nəqarələri (nağaralar) səsləndirilib və onun həyəcanlı sədası zəvvarlar və Ziyarətgahın ətrafındakı sakinləri sevincə qərq edib.

Şənbə gecə nəqarəçilər (nağaraçılar) məğrib və işa namazından sonra hərəmin qızılı günbəzinə doğru şənlik musiqisini səsləndirib və islamın böyük xanımının viladətinin sevincini bütün Məşhəd şəhərinə hakim ediblər. 

Həzrət Fatimə-Zəhranın viladətinin ildönümü gecəsində İmam Rzanın pak ziyarətgahının qızılı günbəzinin tozu alınıb və yuyulub. Belə ki, iki aləmin xanımının bərəkətli miladı günündə övladının nurlu ziyarətgahı yeni rəngarəngliyi ilə seçilsin və təbrik etmək üçün ziyarətgaha gələn vurğunlar və zəvvarlar axınını qəbul edə bilsin. 

Həmçinin Həzrət Fatimə-Zəhranın (s.ə) səadətli viladəti münasibəti ilə şənlik ayini İranın bütün prospektləri, məscidləri, təkyələri, dini dairələri və müqəddəs məkanlarında keçirilməkdədir. 

Bu gün bazar günü 20 Cəmadiüs-Sani 1438-ci hicri qəməri ili, 19 mart 2017-ci il islam peyəmbəri Həzrət Məhəmmədin (s.ə.s) əziz qızı və dünya şiələrinin birinci imamı Həzrət Əli İbn Əbitalibin (ə) həyat yoldaşı Həzrət Fatimə-Zəhranın (s.ə) səadətli viladətinin ildönümü günüdür. 

Teqlər