Mart 21, 2017 17:34 Asia/Baku
  • Zərif: İran nüvə anlaşmasından öncəki şəraitə qayıtmağa hazırdır
    Zərif: İran nüvə anlaşmasından öncəki şəraitə qayıtmağa hazırdır

İranın xarici işlər naziri belə qeyd edib: İslam İnqilabının Böyük Rəhbərinin buyurduqları kimi, İran öz əhdinə sadiqdir və əhdini pozmayacaq, amma əgər Amerika özünün əhdə vəfasızlığını, nüvə anlaşmasının davam etməsinin iranlıların milli maraqlarının əksinə olduğu həddə çatdırarsa, İran nüvə anlaşmasından öncəki şəraitə qayıtmağa hazırdır.

IRNA-nın məlumatına görə, Məhəmməd Cavad Zərif dünən gecə İsfahanda deyib: Ötən iki ayda İranın nüvə alimlərinin səyləri və yüksək qabiliyyətlərinin ardınca İran İslam Respublikası nüvə anlaşmasının qəbul olunması zamanı təkcə bir ideya olan İranın ən modern sentrifuqalarını əməliyyat mərhələsinə çatdıra bilibdir.

İranın xarici işlər naziri bildirib ki, bu sentrifuqalar öncə yerləşdirilmiş sentrifuqalardan təqribən iyirmi dəfə çox zənginləşdirmə qabiliyyətinə malikdir. O, söyləyib: İslam İnqilabının Böyük Rəhbəri və İran İslam Respublikası prezidentinin xüsusən dinc nüvə enerjisi sahəsində gördükləri tədbirlər belədir ki, şərait elə yaranmış olsun ki, bir gün qarşı tərəflərin əhdi pozmaları ilə nüvə anlaşmasının davam etməsinin ölkə üçün əsaslandırılası olmadığı hiss olunarsa, nəinki keçmiş şəraitə qayıtmaq, həm də ondan daha güclü şəkildə geri dönmək mümkün olsun.

Zərif əlavə edib: Amerikanın əhd pozmalarına rəğmən, hələ nüvə anlaşmasını izləmək, davam etdirmək və tam şəkildə icra etmək İran İslam Respublikası üçün əsaslandırılası və izləniləsidir.

ABŞ prezidenti Donald Tramp nüvə anlaşmasının digər tərəflərinin mövqelərinin əksinə olaraq, daim vurğulayıbdır ki, nüvə anlaşması indiyədək gördüyü ən pis anlaşmadır.

Teqlər