Mart 27, 2017 20:54 Asia/Baku
  • Zərif: İran Rusiya ilə əlaqələri genişləndirmək istəyir
    Zərif: İran Rusiya ilə əlaqələri genişləndirmək istəyir

İran İslam Respublikasının xarici işlər naziri deyib: Tehran Moskva ilə siyasi, iqtisadi və regional əməkdaşlıqları genişləndirmək niyyətindədir.

İran İslam Respublikası prezidenti Həsən Ruhani ilə birlikdə Rusiyaya səfər edən xarici işlər naziri Məhəmməd Cavad Zərif bazar ertəsi günü bir "tvitt" paylaşaraq bildirib: İran prezidenti ilə birlikdə Moskvada səfərdəyik. Məqsəd İran və Rusiyanın siyasi, iqtisadi və regional əməkdaşlıqlarını genişləndirmək, iki ölkənin terrorizm ilə birgə mübarizəsini möhkəmləndirməkdir.

İran prezidenti rusiyalı həmkarının dəvəti əsasında bu gün yüksək səviyyəli siyasi - iqtisadi heyətin başında Moskvaya səfər edib.

Teqlər