Qasemi: İranın Brüssel iclasında iştirakı məlum deyil
İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib ki, İranın xarici işlər nazirinin Brüsseldə keçiriləcək Suriya beynəlxalq iclasında iştirakı barədə yayılan xəbərlər təsdiq olunmur. O, bildirib ki, İran hələ bu iclaslda iştirak barədə qərara gəlməyib.
IRNA-nın məlumatına görə, Bəhram Qasemi dünən gecə əlavə edib: İran Suriya barədə beynəlxalq iclasda iştiraka dəvət olunub, amma Tehran hazırda məsələni araşdırmaqdadır və İranın xarici işlər nazirinin Brüssel iclasında iştirakı hələ məlum deyildir.
Bundan qabaq bəzi medialar Avropa Birliyindəki bir rəsmiyə istinadla xəbər vermişdilər ki, Zərif bu iclasda iştirak üçün Brüsselə səfər edəcək.
Suriya barədə beynəlxalq iclas "London iclasından sonra sponsorların öhdəlikləri" adı altında, gələn həftənin çərşənbə günü Brüsseldə keçiriləcək.