Mart 31, 2017 19:18 Asia/Baku
  • İranın Pakistandakı səfirliyinin bəyanatı
    İranın Pakistandakı səfirliyinin bəyanatı

İranın İslamabaddakı səfirliyi Pakistanın şimal-qərbində yerləşən şiə sakinli Paraçenar şəhərində törədilmiş terror partlayışını pisləyərək, ekstremizm ilə mübarizə üçün bu ölkə xalqının birləşməsi vacibliyini vurğulayıb.

Bu gün Pakistanın şimal-qərbində yerləşən qəbiləvi Korəm məntəqəsinin mərkəzi- Paraçenar şəhərində, şiələrin hüseyniyyəsi yaxınlığında terror partlayışının baş verməsi nəticəsində 22 nəfər həlak olub, 70-dən çox insan da yaralanıbdır.

İranın İslamabaddakı səfirliyi bu terror hücumunda həyatını itirənlər üçün rəhmət, yaralılar üçün şəfa, ölənlərin ailələri üçün isə səbir və əcr diləyibdir.

Pakistanda Taliban qrupundan şaxələnmiş Cəmaət Ələhrar terror qrupu bu partlayışın məsuliyyətini öz üzərinə götürüb.

Teqlər