Apr 01, 2017 09:10 Asia/Baku
  • İran Pakistandakı terror aktını qınadı

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Pakistanın Paraçinar məntəqəsində onlarla insanın ölməsi və yaralanmasına səbəb olan terror aktını qınayıb və Pakistan dövləti, xalqı və hadisə qurbanlarının ailələrinə başsağlığı verərək, onların kədərini bölüşüb.

İRİB-nin verdiyi məlumata görə, Bəhram Qasemi deyib: Öz nəhs məqsədlərinə çatmaq üçün məntiq və dialoq yerinə zorakılıq, qətl və qırğın dili ilə danışmağı seçənlərin var olduğu və bəzi ölkələrin öz maraqlarını regionda gərginlik yaratmaqda gördükləri zamana kimi terrorizmin köklərini qurutmaq mümkün olmayacaq. 

Qasemi əlavə edib: Region və dünyada terrorizm ilə mübarizənin yolu ifratçılıq və terrorçuluğun maddi və mənəvi damarlarını kəsmək və bütün ölkələrin kollektiv əməkdaşlıq yolu ilə sədaqətli şəkildə mübarizəyə daxil olmasıdır. 

Dünən cümə günü Pakistanın Paraçinar məntəqəsində şiələrin hüseyniyəsi yaxınlığında törədilən partlayışda 22 nəfər həlak olub, 70 nəfər isə yaralanıb. 

Teqlər