Apr 01, 2017 19:56 Asia/Baku
  • Laricani: İran ABŞ-ın sədaqətsizliyini cavabsız qoymayacaq

İran İslam Şurası Məclisinin sədri Əli Laricani deyib: İran İslam Respublikası ABŞ-ın bütün sədaqətsizlikləri üçün cavaba malikdir və öz rəftarına düzəliş etməyəcəyi təqdirdə, Vaşinqtonu çətinliklərlə üzləşdirəcək.

Əli Laricani şənbə günü Əlborz ostanında, Savcılağ şəhristanında etdiyi çıxışında İranın nüvə işi ilə bağlı çox aydın bir yola malik olduğunu və güclü bir məntiq ilə çıxış etdiyini deyərək, vurğulayıb: Ziyanverici hərəkətlər İran qarşısında öhdəliklərinə əməl etməyənlərin öz zərərinə olacaq.

Ə.Laricani əlavə edib: Əgər amerikalılar Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin şəraitinə əməl etməzlərsə, İran Vaşinqtona cavabını verməyə hazırdır.

İran İslam Şurası Məclisinin sədri İranın nüvə anlaşması ilə bağlı üzərinə düşən öhdəliklərinə əməl etdiyini deyərək, vurğulayıb: İran ABŞ-ın fitnəkarlıqları qarşısında çarə yolları düşünüb və münasib zamanda onları həyata keçirəcək.

Əli Laricani ABŞ Senatının İranın sanksiya edilməsi və Sepah-ın terrorçu qruplaşma elan edilməsi üzrə səylərinə də işarə edib və deyib: ABŞ ordusu, Pentaqon və MKİ regionda terrorçu qruplaşmaları yaradan, onları himayə edən və Yaxın Şərqdə sabitliyi geniş formada pozan tərəflərdirlər.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi də deyib: Amerika başda olmaqla bəzi ölkələrin terrorizmin və ifratçılığın əsas qaynağına göz yumduqları , terrorçuları silahlandıran və maliyyələşdirən ölkələrə dəstək verdikləri zamana kimi terrorizmin köklərini kəsmək mümkün olmayacaq.

Teqlər