İran və Rusiya xarici işlər nazirləri telefonla söhbətləşib
İran İslam Respublikası xarici işlər naziri Rusiya Federadiyası xarici işlər naziri ilə telefon söhbətində Sankt-Peterburq şəhəri metro stansiyasında terror aktını pisləyib.
İTAR TASS İnformasiya Agentliyinin məlumatına görə, Rusiya XİN çərşənbə axşamı gecə bildirib: Rusiya xarici işlər naziri Sergey Lavrov və İran xarici işlər naziri Məhəmməd Cavad Zərif telefon söhbətində ikitərəfli məsələləri araşdırıblar.
Rusiya XİN-in bəyanatında bildirilir: Zərif Sankt-Peterburq şəhərində metro stansiyasında törədilən terror aktı ilə əlaqədar Rusiya xalqı və dövlətinə başsağlığı verib və rus həmkarından onun başsağlığı və dəstəyini zərərçəkənlərin ailələrinə bildirməsini istəyib.
Bazar ertəsi günü Rusiyanın Sankt-Peterburq şəhərinin "Texnoloqiçiski İnstitut" metro stansiyasında törədilən terror aktında 14 nəfər həlak olub, 50 nəfər yaralanıb.
Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında əlavə olunur: İran və Rusiya xarici işlər nazirləri Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhaninin Moskvadakı müzakirələrində əldə olunan anlaşmaların icrasında əməkdaşlığa hazır olduqlarını bildiriblər.
İran prezidenti Həsən Ruhani 27 martda yüksək səviyyəli siyasi və iqtisadi heyətin müşayiəti ilə Moskvaya səfər etdi və iki günlük səfəri çərçivəsində Rusiya prezidenti və baş naziri ilə görüşərək danışıqlar apardı.
İran və Rusiya Ruhaninin Moskva səfəri çərçivəsində ikitərəfli, regional və beynəlxalq əməkdaşlıqların davam etməsi haqda müxtəlif sənədləri imzaladılar.