İranın daxili işlər naziri: İran dünyanın ən təhlükəsiz ölkələri sırasındadır
İran İslam Respublikasının daxili işlər naziri İran xalqının heçvaxt dünyanın zalım qüvvələrinin zorakılığı və tamahkarlığı qarşısında baş əyməyəcəyini vurğulayaraq deyib: Dostlar və düşmənlər etiraf edirlər ki, İran İslam Respublikası dünyanın ən təhlükəsiz ölkələri sırasındadır.
Əbdürrza Rəhmani Fəzli bu gün İranın qərbində yerləşən Kirmanşah ostanında sünni alimlər toplusunda etdiyi çıxışında etnik və dini çeşidliliyin İranın güclü cəhəti olduğunu bildirərək deyib: Uzun illər boyu İran etnusları müxtəlif inanclarla biri-birinin kənarında sülh və sakitlik içində yaşayıblar və bu düşmənləri heyrətləndirir.
İranın daxili işlər naziri həmçinin ölkə gəlirlərinin 75 faizinin qeyri-neft sektora aid olduğunu bildirərək deyib: Neft gəlirlərinə asılılığa son qoyulması İran islam inqilabının iftixarlarından biridir.
Əbdürrza Rəhmani Fəzli deyib: Gənclərin səyləri və əzmkarlığı ilə İran İslam Respublikası daima müxtəlif sahələrdə müstəqillik və başıucalıq istiqamətində irəliləməkdədir.