Apr 08, 2017 13:25 Asia/Baku
  • Qasemi: Terrorizmin kökünün kəsilməsinin beynəlxalq konsensusdan başqa yolu yoxdur
    Qasemi: Terrorizmin kökünün kəsilməsinin beynəlxalq konsensusdan başqa yolu yoxdur

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsveçdəki terror cinayətlərini pisləyərək, deyib: Xəbiscəsinə terrorizm məsələsinin kökünün kəsilməsinin ciddi iradə, sədaqətli rəftar və beynəlxalq konsensusdan savayı yolu yoxdur.

İsveç polisi dünən bildirib ki, bir yük maşınının bu ölkənin paytaxtı Stokholmda piyadalarla toqquşması nəticəsində azı üç nəfər həlak olub, 12 nəfər də yaralanıbdır.

İsveçin baş naziri Stefan Lofven vurğulayıb: Bütün faktlar göstərir ki, cümə günü Stokholmun mərkəzində həyata keçirilmiş hücum terror mahiyyətli olubdur.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi söyləyib: Bəzi qərbli və ərəb ölkələrinin Amerikanın Suriyaya qarşı aşkar təcavüzünü dəstəklədikləri bir halda, dünya Avropada cinayətkarcasına hərəkətlərin şahidi idi ki, bəzi ölkələrin gücləndirilməsindən çəkinmədikləri terrorizmin nə cür dünyanı təhlükəli və səbatsız etməsini göstərmiş olsun.

Qasemi İsveçin dövləti və xalqının, eləcə də bu hadisə qurbanlarının ailələrinin kədərinə şərik olaraq, əlavə edib: İran terrorizmin qurbanlarından biri və uzun illər boyu bu nəhs fenomenlə mübarizədə əlindən gələni əsirgəməyən bir ölkə kimi regional və beynəlxalq mexanizmdə, dünyada zorakılıq və terrorun məhv edilməsi üçün rəvac tapmış riyakarcasına siyasətbazlıqlardan uzaq bir həmkarlıq etməyə hazırdır.

Teqlər