Apr 09, 2017 12:11 Asia/Baku
  • Salehi: IR8 sentrifuqalarına qazın verilməsi əməliyyatı uğurlu olub
    Salehi: IR8 sentrifuqalarına qazın verilməsi əməliyyatı uğurlu olub

İranın Atom Enerjisi Təşkilatının sədri deyib: IR8 sentrifuqaları üzərində aparılan texniki sınaqlar və bu sentrifuqalara qazın verilməsi əməliyyatı uğurla və heç bir xələl və dağıntı olmadan həyata keçirilib.

İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi bu gün Tehranda milli nüvə texnologiyası günündə əlavə edib: Nüvə elmindən istifadə çərçivəsində strateji sənayeyə lazım olan təchizatların təmini üçün neftin daşda hərəkət istiqamətini aydınlaşdırmaq məqsədilə İranın nüvə sənayesi ekspertləri tərəfindən istehsal olunmuş "ultra-sentrifuqa" aparatı neft nazirliyinin ixtiyarına veriləcək. 

Salehi İranı nüvə elminin məziyyətlərindən istifadə sahəsində dördüncü ölkə adlandırıb və belə deyib: Fordo saytında sabit izotoplar üzrə ilk sınaq pilotu da tezliklə strateji nüvə tədqiqatları sahəsində istifadəyə veriləcək.

Salehi sonra belə qeyd edib: İranın nüvə elektriki istehsalı tutumunun genişləndirilməsi istiqamətindəki hərəkəti davam edir və rusiyalı mütəxəssislərin həmkarlığı ilə Buşehr AES-də 2100 meqavat güclü iki yeni elektrik stansiyası obyektinin inşa əməliyyatı başlanıbdır.

İranın Atom Enerjisi Təşkilatının sədri həmçinin bu təşkilatın iri siyasətlərindən birini Yaxın Şərq regionunda radio-dərman istehsalı qütbünə çevrilmək adlandırıb və belə deyib: İranlı mütəxəssislər tərəfindən istehsal olunmuş dərmanların GMP layihəsi adı altında təqribən 60 milyon avro investisiya ilə geniş bir həcmdə və yüksək sıçrayışla regional və beynəlxalq səviyyələrdə təqdim edilməsi həyata keçirilməkdədir.

Salehi daha sonra bildirib ki, Ərak Ağır Su Kompleksi reaktorunun konstruksiyası üzrə açıq əməliyyatın icrası qəbulediləsi sürətlə irəliləyir. O, söyləyib: Ağır suyun ixracı və onun beynəlxalq bazarlarda təqdim olunması ilə İran İslam Respublikası dünya bazarında bu məhsulu təmin edən ölkələrin cərgəsinə qoşulubdur.

İranın Atom Enerjisi Təşkilatının sədri həmçinin deyib: Sarı keks kimi xammalın təmini üçün lazım olan ilkin işlər görülüb və son bir ildə İranın strateji ehtiyatlarına 360 tondan çox sarı keks əlavə olunubdur.

Teqlər