Apr 16, 2017 12:26 Asia/Baku
  • İslam inqilabının böyük rəhbərinin xüsusi nümayəndəsi Təbrizə gedib
    İslam inqilabının böyük rəhbərinin xüsusi nümayəndəsi Təbrizə gedib

İslam inqilabının böyük rəhbərinin xüsusi nümayəndəsi şərqi Azərbaycan, qərbi Azərbaycan, Ərdəbil və Kürdüstan ostanlarında daşqınlar nəticəsində zərər çəkənlərin problemlərinin həlli üçün bu gün Təbriz şəhərinə daxil olub.

İslam inqilabının böyük rəhbərinin xüsusi nümayəndəsi Əbdül-Hüseyn Müizzi Təbrizə daxil olarkən müxbirlərə müsahibəsində İslam inqilabının böyük rəhbərinin sel nəticəsində əzizlərini itirənlərə başsağlığı müraciətini gətirdiyini və o həzrətin əmri ilə seldən zərər çəkənlərin problemlərinə baxılması üçün daşqın ərazilərinə baxış keçirəcəyini deyib. 

Əbdül-Hüseyn Müizzinin Təbrizə bir günlük səfər proqramına, Qırmızı Aypara Cəmiyyətinin müavinlər şurasının iclasında iştirak, vəliyi fəqihin Şərqi Azərbaycandakı nümayəndəsi ilə görüş də daxildir. 

İranın İslami Şura Məclisinin sədri Əli Laricani də bu gün səhər çağı parlamentin açıq iclasında Abadlıq komissiyasına ölkənin şimal qərb və qərb vilayətlərində daşqından zərər çəkənlərin durumu ilə maraqlanmaq missiyası verib. 

Teqlər