Apr 17, 2017 08:53 Asia/Baku
  • İran prezidenti seldən zərərçəkənlərə köməyin edilməsini vuğrulayıb
    İran prezidenti seldən zərərçəkənlərə köməyin edilməsini vuğrulayıb

İran İslam Respublikası prezidenti Şərqi və Qərbi Azərbaycan və Ərdəbil vilayətlərində seldən zərərçəkənlərin dərdinə şərik çıxaraq bildirib: Hökumət münasib araşdırma və dəyən xəsarətlərin əvəzini çıxmağa kömək üzrə sonuna qədər bu vilayətlərin sakinlərinin yanında olacaq.

İran İslam Respublikası prezidenti Həsən Ruhani bazar günü bir müraciətdə yenə də xilasedici qurumlar və təşkilatlardan istəyib: Mövcud imkanların hamısını səfərbər edərək zərərçəkənlər və yaralılara kömək üçün dayanmadan səy göstərsinlər və zərərçəkən bölgələrin məsələlərini yoluna qoymaq istiqamətində dərhal addım atsınlar. 

İran İslam Respublikası prezidentinin nümayəndəsi olaraq İranın şimal-qərb və qərb vilayətlərində seldən zərərçəkən bölgələrə səfər edən İranın energetika naziri Həmid Çitçiyan Qərbi Azərbaycanda fövqəladə vəziyyətin idarə olunması qərargahının iclasında deyib: Seldən zərərçəkənlərin ehtiyac duyduğu vasitələr Qırmızı Aypara Cəmiyyəti tərəfindən hazırlanıb və onlara verilmişdir. 

Ötən günlərdə Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil və Kürdüstan vilayətlərində analoqu olmayan güclü leysan yağışları bəzi bölgələrdə çayların daşması ilə nəticələnib. 

İranın şimal-qərb və qərb vilayətlərində sel və daşqınlar nəticəsində həlak olanların sayı 42 nəfərə çatıb. 

Teqlər