Zərif İran və Türkmənistanın regionun təhlükəsizliyinin təmin olunmasındakı rolunu vurğulayıb
İran xarici işlər naziri deyib: Dünyanın hazırkı şəraitində İran və Türkmənistan radikal zorakılıq hərəkətlərinin təsiri altında olan bölgədə təhlükəsizliyin təmin olunmasında müsbət rolu oynaya bilərlər.
İran xarici işlər naziri Məhəmməd Cavad Zərif bazar ertəsi günü Türkmənistan xarici işlər naziri Rəşid Muradovla Aşqabadda görüşdə iki ölkənin iqtisadi, siyasi, mədəni və beynəlxalq əlaqələrinin möhkəm olduğunu diqqətə çatdırıb: Aşqabad-Tehranın hazırkı əlaqələri çox yaxşıdır. Lakin hazırkı vəziyyətdən də çox irəliləyə bilər.
Zərif iki ölkə rəhbərlərinin ikitərəfli əlaqələrin inkişafına dair iradəsini qeyd edib: İki ölkə müzakirələrində İran və Türkmənistanın əlaqələrinin genişləndirilməsi və möhkəmləndirilməsi üçün İranın təklif çərçivəsi təsdiqlənib.
İran xarici işlər naziri enerji, nəqliyyat sektorlarını İran və Türkmənistanın əlaqələrinin inkişaf yollarından adlandırıb: İki ölkə bu sektorda əməkdaşlıqları genişləndirmək və bank maneələrini aradan qaldırmağa hazırdır.
Türkmənistan xarici işlər naziri Rəşid Muradov da bu görüşdə iranlı həmkarının Aşqabada səfərini dəyərli qiymətləndirib: İkitərəfli münasibətlərdə çoxlu uğurlar əldə olunub və ikitərəfli müzakirələr bu gün yeni səviyyəyə çatmaq üçün böyük mərhələdir.
Muradov həmçinin əlaqələrin yüksəldilməsi və bu fürsətlərdən istifadə üçün mövcud potensialların araşdırılmasının vacibliyini qeyd edib.
İran xarici işlər naziri üç Mərkəzi Asiya və Qafqaz ölkəsinə səfəri çərçivəsində ötən gün Türkmənistana gedib.