Apr 19, 2017 20:58 Asia/Baku
  • İran İslam Şurası Məclisinin sədri Əli Laricani
    İran İslam Şurası Məclisinin sədri Əli Laricani

İran İslam Şurası Məclisinin sədri deyib: Bəzi islami ölkələrin müsəlmanların üzərinə kasset bombalarının yağdırılması barədə sionist rejim və Amerika ilə sazişi utanc gətirəndir.

İran İslam Şurası Məclisinin sədri Əli Laricani bu gün Tehranda 34-cü Beynəlxalq Quran Müsabiqəsinin açılış mərasimində islami ölkələr arasındakı ixtilafları İslam Dünyasının bugünkü ən böyük dərdi adlandırıb və deyib ki, terrorçu və təkfirçi cərəyanlar müsəlmanların təhqir edilmələri amilidirlər.

Laricani söyləyib: Terror qrupları regiondakı islami ölkələri böhranlı etməklə bu ölkələr arasında regiondan kənar ölkələrin iştirakına zəmin yaradıblar.

O, bildirib ki, terror qrupları sionist rejim üçün tənəffüs mühiti yaradıblar. O, əlavə edib: Bəzi islami ölkələr region müsəlmanlarının həyatını xətərə salmaqla səhnə arxasında sionist rejimə kömək edir və bu rejimlə Amerikanın təşviqlərini dostcasına bilirlər.

İranın qanunvericilik hakimiyyətinin sədri Qərbin terrorizm məsələsindən bir vasitə kimi istifadə etməsini tənqid edərək, belə qeyd edib: Qərb bəzi ərəb ölkələrinin terror qruplarının hərəkətlərini dəstəkləmələrindən sui-istifadə edir.

İran parlamentinin sədri vurğulayıb ki, islami ölkələr arasındakı ixtilaflar, böhran və toqquşmalar əsaslandırılası deyil.

34-cü Beynəlxalq Quran Müsabiqəsi 83 ölkədən 276 Quran qiraətçisi və hafizinin iştirakı ilə bu gün Tehranda işə başlayıb.

Teqlər