Tehranda məktəblilərin beynəlxalq Quran müsabiqələri başlanıb
31 islami ölkədən olan məktəblilərin iştirakı ilə Tehranda məktəblilərin 5-ci beynəlxalq Quran hifzi və qiraəti müsabiqələri başlanıb.
IRNA-nın məlumatına görə, İranın təhsil nazirinin tərbiyə və mədəni işlər üzrə müavini Mehdi Feyz bu gün Tehranda məktəblilərin 5-ci beynəlxalq Quran hifzi və qiraəti müsabiqələrinin açılış mərasimində deyib ki, bu müsabiqələrdə 31 islami ölkədən 68 məktəbli dörd iranlı məktəbli ilə yanaşı rəqabət aparacaq.
Mehdi Feyzin sözlərinə görə, məktəblilərin 5-ci beynəlxalq Quran hifzi və qiraəti müsabiqələri beş günü sürəcək.
İranın təhsil nazirinin tərbiyə və mədəni işlər üzrə müavini həmçinin deyib ki, bu yarışların iştirakçılarının ən mühüm proqramı, aprelin 27-də İslam İnqilabının Böyük Rəhbəri ilə olacaq görüşdür.