Apr 23, 2017 11:26 Asia/Baku
  • Zərif Afinaya daxil oldu
    Zərif Afinaya daxil oldu

İran İslam Respublikası xarici işlər naziri dünyanın 10 qədim sivilizasiyasının iclasında iştirak etmək və Yunanıstan rəsmiləri ilə görüşüb, danışıqlar aparmaq üçün Afinaya səfər edib.

İRNA-nın məlumatına görə, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu iki günlük səfər zamanı dünyanın 10 qədim sivilizasiyası iclasında iştirak etməklə yanaşı, Yunanıstanın baş naziri, xarici işlər naziri və iclasda iştirak edən digər ölkə rəsmiləri ilə görüşüb, danışıqlar aparmalıdır.

Dünyanın 10 qədim sivilizasiyası iclası bu gün Afinada işə başlayıb. Bu iclas 2 gün davam edəcək.

İran, Çin, Hindistan, İtaliya və Misirin xarici işlər nazirləri bu iclasda iştirak edirlər.

Teqlər