Zərif Yunanıstanın baş naziri ilə görüşüb
İran İslam Respublikası xarici işlər naziri Məhəmməd Cavad Zərif bazar gecə Yunanıstanın baş naziri Aleksis Tsiprasla görüşərək danışıqlar aparıb.
Məhəmməd Cavad Zərif Dünyanın 10 qədim sivilizasiyası iclasında iştirak etmək və yunan rəsmiləri ilə görüşərək danışıqlar aparmaq məqsədilə bazar günü Yunanıstan paytaxtı Afinaya daxil olub.
İran xarici işlər naziri çinli və yunan həmkarları Vanq İ və Nikos Kotsizasla ayrı-ayrılıqda görüşdə Dünyanın qədim 10 sivilizasiyası iclasının keçirilməsi, ikitərəfli əlaqələr, regional və beynəlxalq məsələlər haqda fikir mübadiləsi aparıb.
Dünyanın 10 qədim sivilizasiyası haqda 2 günlük iclas bazar günü Afinada işə başlayıb və İran, Yunanıstan, Çin, Hindistan, İtaliya və Misir xarici işlər nazirləri bu iclasda iştirak edirlər.