İnqilab Rəhbəri bir qrup məhbusun əfvi ilə razılaşıblar
https://azeri.sahartv.ir/news/İran-i266924-İnqilab_rəhbəri_bir_qrup_məhbusun_əfvi_ilə_razılaşıblar
İslam İnqilabının Böyük Rəhbəri Ümumi və İnqilab Məhkəmələrində mühakimə olunmuş məhkumlardan bir qrupunun əfv edilməsi və yaxud cəzasının yüngülləşdirilməsi ilə razılaşıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 24, 2017 12:26 Asia/Baku
  • İnqilab Rəhbəri bir qrup məhbusun əfvi ilə razılaşıblar
    İnqilab Rəhbəri bir qrup məhbusun əfvi ilə razılaşıblar

İslam İnqilabının Böyük Rəhbəri Ümumi və İnqilab Məhkəmələrində mühakimə olunmuş məhkumlardan bir qrupunun əfv edilməsi və yaxud cəzasının yüngülləşdirilməsi ilə razılaşıblar.

Əziz islam peyğəmbəri Həzrət Məhəmmədin (s.ə.s) məbəs bayramı ərəfəsində İranın Məhkəmə Hakimiyyətinin sədri Ayətullah Sadiq Amoli Laricani İslam İnqilabının Böyük Rəhbərinə ünvanladığı məktubda lazımi şəraitə malik 593 məhbusun əfvi və ya cəzasının yüngülləşdirilməsini təklif ediblər. Bu da İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei tərəfindən razılıqla qarşılanıb. 

Sabah çərşənbə axşamı 27 rəcəb 1438-ci hicri qəməri ili, 25 aprel 2017-ci il əziz islam peyğəmbəri Həzrət Məhəmmədin (s.ə.s) Besəti (peyğəmbərliyə çatdığı) gündür.