ABŞ-ın Təbəsdəki məğlubiyyətinin ildönümü günü qeyd olunub
Amerikanın 1980-ci ilin aprelində İranın şərqindəki Təbəs çölünə qarşı hərbi hücumunun uğursuz qalmasının ildönümü günü mərasimi keçirilib.
Bu gün, 2017-ci il aprelin 25-i, Amerikanın 1980-ci ilin aprelində İranın şərqindəki Təbəs çölünə qarşı hərbi hücumunun uğursuz qalmasının ildönümü günüdür.
IRIB-nin məlumatına görə, Təbəsin imamcüməsi höccətulislam Seyid İbrahim Mohaceriyan Moqəddəm bu mərasimdə deyib: Təbəsdə İbrət Muzeyi yaradılmalıdır ki, amerikalılardan qalmış vəsaitlər bu muzeydə saxlanılmış olsun.
Təbəsin icra başçısı Seyid Mehdi Təlayi Moqəddəm də bildirib ki, Təbəs özünün strateji mövqeyi baxımından müxtəlif hadisələrin şahidi olubdur.
Təbəs macərası əslində ABŞ-ın Tehrandakı amerikalı casusların nicatı üzrə hərbi planının bir hissəsi idi. Bu amillər Amerika səfirliyinin işçiləri və diplomatları adı altında casusluq edirmişlər. Onlar həmçinin yenicə qurulmuş İran İslam Respublikası quruluşunu devirməyi planlaşdırırmışlar.
Həmin planın icrası məqsədilə 1980-ci il aprelin 25-də Amerikanın bir neçə hərbi təyyarəsi bir gecə əməliyyatında İranın hava sərhədlərini keçərək, ucqar bir məntəqədə, Təbəs çölünün mərkəzində yerləşən dağılmış bir hava limanında yerə endi. Amma ilahi imdadlar səbəb oldu ki, təcavüzkarlar səhra tufanında ilişib qalaraq, məhv olsunlar.
Əldə olunmuş sənədlər göstərdi ki, bu plan İranın Təbəs çölündəki iqlim şəraitindən istifadə edib, dağılmış bir hava limanını nəzərdə tutaraq, dəqiq hesablamalarla cızılmışdı.
Təbəs macərası Amerikanın İran İslam İnqilabından sonrakı hadisələr tarixində İran xalqına qarşı təcavüzkar hədəflərinə digər bir sənəd kimi qeydə alındı.