Apr 28, 2017 13:51 Asia/Baku
  • Tehranın cümə namazı xitabətçisi xalqın seçkilərdə geniş iştirakını vurğulayıb

Tehranın cümə namazı xitabətçisi deyib ki, İran xalqının 19 may seçkilərində seçki məntəqələrində maksimum və geniş iştirakı düşmənləri təəccübləndirəcək və məyus edəcəkdir.

Ayətullah Seyid Əhməd Xatəmi Tehranın buhəftəki cümə namazı xütbələrində İran İslam Respublikası quruluşunun prioritetini xalqın 2017-ci il 19 may seçkilərində seçki məntəqələrində əzəmətli iştirakı adlandırıb və belə əlavə edib: Düşmən medialarının İran seçkilərinə mühəndisləşmiş müdaxiləsi xalqın geniş iştirakı ilə uğursuz qalacaqdır.

Ayətullah Xatəmi İranın prezident seçkilərində xalq tərəfindən layiqli şəxsin seçilməsini vurğulayaraq, söyləyib: İranın gələcək prezidenti xalqın məişət problemlərinə xüsusi diqqət yetirməli və düşmənin mədəni savaşı, düşmənlərin islami quruluşa qarşı hörmətsizlikləri, eləcə də korrupsiya və əyan hərəkətləri qarşısında sərt və qətiyyətli mövqe tutmalıdır.

Tehranın müvəqqəti imamcüməsi həmçinin Pakistan sərhədində iranlı sərhədçilərdən bir neçəsinin şəhid edilməsinə işarə edib, onların ailələrinə başsağlığı verərək, vurğulayıb: İranın Xarici İşlər Nazirliyi bu kimi terror hadisələrinin təkrarlanmasına mane olmaq üçün Pakistan qarşısında münasib və qətiyyətli mövqe tutmalıdır.

Tehranın cümə namazı xitabətçisi həmçinin belə xəbərdarlıq edib: Pakistan torpağı terrorçuların yuvasına çevrilməməlidir, zira həmin ölkə ərazisindən bu kimi terror hücumlarının və bu vəziyyətin davam etməsi Pakistanın zərərinə olacaqdır.

Çərşənbə günü gecə terrorçuların İranın Pakistanla sərhədinin sıfır nöqtəsində pusqu qurmaları nəticəsində İranın Sistan və Bəluçestan vilayətinin "Mircave" məntəqəsinin sərhədçilərindən on nəfər patrul keçərkən şəhid edilib. "Ceyşulzulm" təkfirçi qruplaşması bu terror hücumunun məsuliyyətini öz üzərinə götürübdür.

Teqlər