İranın müdafiə naziri: ABŞ, İsrail və Britaniya islam ümmətinə xeyirxah deyillər
İran İslam Respublikasının Müdafiə Naziri deyib: Amerika və qərbin orta şərqdəki fəaliyyəti region xalqlarının mənafeyinə ziddir ona görə ki, onlar təhlükəsizliyi təmin etmək adı ilə gəliblər ancaq regionda destabillik amilidirlər.
İRİB-in verdiyi məlumata görə, General Mayor Hüseyn Dehqan Rusiya Əl-Yəum telekanalına verdiyi müsahibədə İran və qərb arasında terrorizmin məfhumu barədə olan fikir ixtilafına toxunaraq deyib: Qərbə görə terrorçu dünyanın hərhansı bir nöqtəsində qərbin mənafeyinə və beynəlxalq məqsədlərinə ziyan vuran kəslərə deyilir amma İran bu anlayışla razılaşmır və xalqlar və şəxslərin özlərinin danılmaz hüquqları uğrundakı mübarizəni terror hesab etmir.
İranın müdafiə naziri qərbin terrorizm barədə ikili standarta malik olduğunu xatırladaraq deyib: Terrorizmi yaxşı və pis terrorizmə bölmək olmaz və bu fenomenə qarşı ikili standart tətbiq etmək Amerikanın mənafeyi əsasında həyata keçir.
General Dehqan deyib: İran qonşu ölkələrin daxili işlərinə müdaxilə etmir amma təəssüflər olsun ki, bu gün Səudiyyə Ərəbistanı Amerika və sionist rejimin region üzrə təmsilçisinə çevrilib. İş o yerə gəlib çatıb ki, bu gün Səudiyyə Ərəbitanı və digər ərəb ölkələrinin pulu ilə İsrail rejiminin təhlükəsizliyi təmin olunur.
General Dehqan ABŞ və İsrailin Suriyaya qarşı hücumlarında məqsədin terrorçu qruplara dəstəkdən ibarət olduğunu bildirərək deyib: Sionist rejim mövcudluq böhranı və dağılmaq problemi ilə üz-üzədir.