Cəzayiri: İran Amerikanın hərbi hücumundan daha üstün möqedədir
İran İslam Respublikası Silahlı Qüvvələrinin sözçüsü deyib: İran islam inqilabının böyük rəhbərinin tədbirləri, vətəndaşların iştirakı və silahlı qüvvələrin qabiliyyətlərinin bərəkətindən illərdir Amerikanın hərbi hücum təhlükəsini özündən uzaqlaşdırıb.
İRNA-nın verdiyi məlumata görə, General Leytenant Seyid Məsud Cəzayiri İran İslam Respublikasının daima hərbi və müdafiə baxımdan fəal önləyicilik mərhələsində olduğunu bildirərək deyib: Silahlı qüvvələrin hazırlığı, yüksək müdafiə qabiliyyəti və yüksək əhval-ruhiyyəsini nəzərə alaraq İran hər hansı təcavüzkara onu peşman edəcək reaksiyaya qadirdir.
İranın silahlı qüvvələrinin sözçüsü deyib: Amerikanın tamahkarlıqları qarşısında müqavimət, daxili güc və qabiliyyətlərin artırılması, müdafiə və hərbi gücün yüksəldilməsi və milli bütövlük dünyanın zalım qüvvələri ilə qarşılaşmağın yeganə yoludur.
General Cəzayiri deyib: Özündən hərhansı zəiflik göstərmək, Amerikanın region və dünyadakı hegemonçu siyasətlərini müşayiət yaxud onlara nikbinlik, İrana qarşı sərt tədbirlər o sıradan da hərbi hücuma zəmin yaradar.