İran xarici işlər naziri İslamabada səfərə çıxıb
İran İslam Respublikası xarici işlər naziri Məhəmməd Cavad Zərif yüksək səviyyəli siyasi, hərbi və təhlükəsizlik heyətinin başında Pakistana səfər edib.
Məhəmməd Cavad Zərif İslamabada olan bir günlük səfərində müxtəlif məsələlər o cümlədən Pakistan sərhədində İran sərhədçilərinə qarşı cinayət törətmiş şəxslərin təqibə alınması yolları barədə bu ölkə rəsmiləri ilə danışıqlar aparacaq.
26 Apreldə terrorçuların İran - Pakistan sərhədinin sıfır nöqtəsində pusqu qurması nəticəsində İranın Sistan və Bəluçestan ostanı Mircave məntəqəsi sərhədçilərindən 9 nəfəri şəhid edilmişdi. Terrorçular yaralı sərhədçilərdən birini də özləri ilə Pakistanın daxilinə aparıblar.
Ceyşül Zülm terror qruplaşması bu cinayətin məsuliyyətini öz üzərinə götürüb.
İran - Pakistan sərhədlərində təhlükəsizliyin təmin edilməsi yolları və terrorçuların nüfuz yollarının bağlanılması kimi məsələlərin araşdırılması habelə, birgə sərhədlərdə təhlükəsizliyə zəmanətin verilməsi İran xarici işlər nazirinin Pakistan rəsmiləri ilə görüşlərində müzakirə ediləcək mövzular olduğu bildirilir.