May 03, 2017 16:39 Asia/Baku
  • İran xarici işlər naziri Pakistan baş naziri ilə görüşüb
    İran xarici işlər naziri Pakistan baş naziri ilə görüşüb

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif İslamabadda Pakistanın baş naziri Məhəmməd Nəvaz Şərif ilə görüşüb, müxtəlif məsələlər o cümlədən təhlükəsizlik mövzusunda onunla danışıqlar aparıb.

İranın XİN başçısı Məhəmməd Cavad Zərif bu gün səhər yüksək səviyyəli siyasi, hərbi və təhlükəsizlik heyətinin müşayiəti ilə İslamabada səfər edib. Bu səfərdə məqsəd İran-Pakistan sərhədində iranlı sərhədçilərin şəhid edilməsi hadisəsini araşdırmaq olub.

Zərif Pakistanın baş naziri ilə görüşdən öncə pakistanlı həmkarı Çodəri Nisar Əlixan ilə görüşüb, terrorizm ilə ciddi mübarizənin aparılmasını istəyib.

İran xarici işlər naziri bu görüşdə iki ölkə sərhədlərində mövcud olan problemlər ilə ciddi mübarizənin aparılmasını, terrorçuların təqibə alınması, həbs edilməsi və cəzalandırılmasını istəyib.

Zərif həmçinin, Mircave məntəqəsində iranlı sərhədçilərə pusqu quraraq, onları şəhid edən Ceyşül-Zülm terror qruplaşmasına qarşı ciddi mübarizənin aparılmasını istəyib.

Pakistanın xarici işlər naziri Çodəri Nisar Əlixan da bu görüşdə iranlı sərhədçilərin şəhid edilməsi hadisəsinə görə İran xalqı və dövlətinə başsağlığı verib və deyib: Pakistan problemlərin həll edilməsi üzrə siyasi və hərbi müstəvidə əməkdaşlığa hazırdır.

İran xarici işlər naziri və onun pakistanlı həmkarı həmçinin, narkotik maddələrin qaçaq edilməsi, sərhədlərdən qanunsuz keçilməsi və terror aktlarının törədilməsi kimi məsələləri ortaq problemlərdən adlandırıblar. Bu görüşdə həmçinin, qərara alınıb ki, bu mövzular sərhəd komissiyası tərəfindən araşdırılsın və təhdidlərin önlənilməsi üçün qərarlar qəbul edilsin.

26 Aprel 2017-ciildə terrorçular İran-Pakistan sərhədində, Mircave məntəqəsində pusqu quraraq, 9 iranlı sərhədçini şəhid ediblər. Terrorçular daha sonra yaralı sərhədçilərdən birini özləri ilə apararaq, Pakistanın daxilinə doğru qaçıblar.

Terrorçu Ceyşül-Zülm qruplaşması bu cinayətin məsuliyyətini üzərinə götürüb.

Teqlər