May 04, 2017 14:29 Asia/Baku
  • İran Pakistan ordusundan oğurlanmış iranlı sərhədçilərin azad edilmələrini istəyib
    İran Pakistan ordusundan oğurlanmış iranlı sərhədçilərin azad edilmələrini istəyib

İran İslam Respublikasının hüquq-mühafizə qüvvələrinin komandanı deyib: Pakistan ordusundan istənilibdir ki, Pakistan ərazisində Ceyşulzulm terror qrupu tərəfindən oğurlanmış iranlı sərhədçilərin azad edilmələri üçün tədbirlər görsün.

General-mayor pasdar Qasem Rezayi bu gün müxbirlərlə müsahibədə İranın yüksək səviyyəli siyasi, hərbi, polis və təhlükəsizlik heyətinin dünən Pakistana olan səfərini səmərəli adlandıraraq, əlavə edib: Bu səfərdə İranın sərhəd nigarançılıqları, o sıradan ötən həftə 9 iranlı sərhədçinin şəhid edilməsi və bir iranlı sərhədçinin oğurlanması ilə nəticələnən İran-Pakistan sərhədində baş vermiş terror hücumu ilə bağlı nigarançılıq Pakistan tərəfinə elan olunub.

General Qasem Rezayi söyləyib: Pakistan ordusunun başçıları ilə müzakirədə istənilibdir ki, bu kimi terror hücumlarının təkrarlanmasına mane olsunlar, həmçinin qərara alınıbdır ki, iki tərəf, xüsusən sərhədlərin təhlükəsizliyi sahəsində qarşılıqlı anlaşmaları yüksəltsin.

İranın xarici işlər naziri dünən İran-Pakistan sərhədində baş vermiş terror hücumu və bir qrup iranlı sərhədçinin şəhid edilməsi məsələsinin izlənilməsi hədəfilə yüksək səviyyəli siyasi, hərbi, polis və təhlükəsizlik heyətinə başçılıq edərək, İslamabada səfər edib. O, bu səfərdə pakistanlı siyasi və hərbi rəsmilərlə görüşərək, onlarla danışıqlar aparıbdır.

Aprelin 26-da Ceyşulzulm terror qruplaşmasının ünsürləri İranın Sistan və Bəluçestan vilayətinin Mircave məntəqəsində doqquz iranlı sərhədçini patrul keçərkən şəhid etdilər. Onlar bir iranlı sərhədçini də yaralayaraq, Pakistan ərazisinə köçürdülər.

Teqlər