May 04, 2017 16:51 Asia/Baku
  • İran prezident seçkilərinə namizədlərin təbliğatlarında qadın və ailənin yeri
    İran prezident seçkilərinə namizədlərin təbliğatlarında qadın və ailənin yeri

14 gündən sonra İran xalqı şəhər və kənd islami şuralarının yerli seçkiləri və prezident seçkiləri üçün seçki məntəqələrinə gedəcək. 19 may gününə yaxınlaşdıqca ictimaiyyətdə ruh yüksəkliyi daha da artır və ölkədə seçki atmosferi daha qabarıq şəkildə özünü göstərir. Qadın və ailə islami quruluşdakı yüksək yerinə görə, İran prezident seçkilərinə namizədlərin təbliğatlarında xas bir yerə malikdir.

İslami quruluşun əsas qanununun hazırlanmasında özünü göstərən bu quruluşun iradəsi, ailəni insanın inkişafı və yüksəlişinin əsas mərkəzi və cəmiyyətin əsas hissəsi bilir və insanın təkamül və tərəqqi istiqamətindəki hərəkətinin əsas zəminyaradıcısı olan ailə təşkilini əsas prinsip adlandıraraq, ona nailolmanı islami hökumətin vəzifələrindən hesab edibdir.

İranda 12-ci prezident seçkilərinə namizəd Seyid İbrahim Rəisi qadınlar dairəsinin bir qrup fəalı qarşısında qadının İslamdakı rolunun yüksək önəminə işarə edərək, deyib: Bizim qadına baxışımız məhz islami şəriətin baxışıdır. Ola bilsin, islami şəriətdə qadın və kişi cismani cəhətdən fərqlənmiş olsunlar, amma insani baxımdan bir fərq yoxdur və bir qadın da saf həyata malik ola bilər.

O, sonra deyib: Qadınların işləri siyasi və cüzi məsələlər çevrəsində yerləşməməlidir.

Prezident seçkilərinə digər namizəd Tehran meri Mohəmmədbaqer Qalibaf isə deyib: Bu qənaətdəyik ki, öz insani imkanlarına diqqət yetirən və qadınlardan cəmiyyətin bütün sahələrində istifadə edən bir cəmiyyət müvəffəqdir.

Tehran meri analıq rolunu cəmiyyətin quruculuğunda ən mühüm rol adlandırıb və belə deyib: Təəssüflə, qadınlar mövzusuna nəzər salarkən görürük ki, bu, bir adət və ya mədəniyyətdir ki, kişilər qadınların yerini tərif etmək istəyirlər. Halbuki məhz qadınların özləri bu işi görməlidirlər.

İslami Motəllifə Partiyasının namizədi Mustafa Ağa Mir Səlim də qadınların cəmiyyətdəki rolu barədə danışıb. O, deyib: Qadınlar ictimaiyyətin yarısını təşkil edirlər. Əsas işinin evdə, ailədə, eləcə də həyat yoldaşı və analıq kimi mühüm məsuliyyətdə olmasından əlavə, qadın ölkənin tərəqqisində də böyük təsirə malikdir.

Seyid Mustafa Haşimi Təba da qadın və ailə barədəki fikirlərini belə bəyan edibdir: Qadınların ailədə və ictimaiyyətdəki əsl yeri ilə bağlı hələlik təzadlı və qeyri-düzgün rəftarlar görünür ki, İslam, qadınların böyük imkanlarından ailədə, eləcə də sağlam və mütərəqqi ölkəyə malikolmada istifadə etmək üçün ən mükəmməl və ən mühüm strategiyaya malikdir və mən bu sahədə ciddi şəkildə qadınların qabiliyyətlərindən istifadə edəcəyəm.

İshaq Cahangiri də bu haqda deyib: Cəmiyyətdə heç bir məsələ qadınların və mediaların rolu olmadan aradan götürülmə qabiliyyətinə malik deyil. Bəzən real təsvir medialarda əks etdirilənlərdən fərqlənir və ümumi fikirə diqqət yetirmək real təsvirdən daha çox önəm kəsb edir.

Həsən Ruhani debat aparıcısının "Sizin dövlətinizin qadınların məşğulluğu və onların ailədəki rolunun qorunması arasında müvazinətin yaradılması sahəsindəki ən mühüm proqramınız nədir?" sualının cavabında deyib: Qadınların məşğulluğu məsələsi böyük əhəmiyyət daşıyır və bu dövlətdə mühüm bir addım atıldı ki, gənclər üçün yaratdığımız məşğulluğun 700 min halı qadınlara ayrılıbdır.

Sonda qeyd etməliyik ki, İslam və islami quruluşun qadın və ictimai həyatın ən əsas dayağı olan ailənin yeri ilə bağlı meyarı qadının idarəçiliyi ilə davamlı qalacaq.

İslam İnqilabının Böyük Rəhbəri bu barədə buyurublar: Qadın islami mühitdə elmi cəhətdən inkişaf edir, şəxsiyyət baxımından inkişaf edir, əxlaqi cəhətdən inkişaf edir, siyasi baxımdan inkişaf edir. Ən əsas ictimai məsələlərdə ön sıralarda durur. Eyni zamanda, qadın olaraq, qalır. 

Qadın olmaq, qadın üçün bir üstün nöqtədir, bir fəxr nöqtəsidir. Qadın üçün fəxr deyildir ki, onu qadın mühitindən, qadın özəlliklərindən, qadın əxlaqından uzaqlaşdırmış olaq; Evdarlığı, övlad yetişdirməyi, həyat yoldaşı olmağı onun üçün əskiklik hesab etmiş olaq. Qərb mədəniyyəti ailəni dağıdıbdır.

Teqlər