İranda prezidentliyə namizədlərin ikinci debatı; bu gün günortadan sonra
https://azeri.sahartv.ir/news/İran-i268104-İranda_prezidentliyə_namizədlərin_ikinci_debatı_bu_gün_günortadan_sonra
İranda prezidentliyə 6 namizədin ikinci tele-debatı Tehran vaxtı ilə 16:30 dəqiqədə İran İslam Respublikası Radio və Televiziya Təşkilatında baş tutacaq.
(last modified 2024-06-22T21:55:02+00:00 )
May 05, 2017 07:17 Asia/Baku
  • İranda prezidentliyə namizədlərin ikinci debatı
    İranda prezidentliyə namizədlərin ikinci debatı

İranda prezidentliyə 6 namizədin ikinci tele-debatı Tehran vaxtı ilə 16:30 dəqiqədə İran İslam Respublikası Radio və Televiziya Təşkilatında baş tutacaq.

12-ci İran prezidentliyinə 6 namizəd Həsən Ruhani, İbrahim Rəisi Sadat, Mustafa Ağa Mirsəlim, Məhəmməd Baqir Qalibaf, Mustafa Haşimitəba və İshaq Cahangiri seçki haqda keçiriləcək bu tele-debatda siyasət və mədəniyyət məsələləri haqda öz proqramları və rəylərini elan edəcəklər. 

12-ci prezidentliyə namizədlərin ilk tele-debatı ötən həftə cümə günü 28 apreldə ictimaiyyət mövzusu ilə İran İslam Respublikası Radio və Televiziya Təşkilatında keçirildi. 

12-ci prezident seçkiləri üzrə İranın Seçki Təbliğatı Komissiyasının bildirdiyinə əsasən, prezidentliyə 6 namizədin üçüncü tele-debatı gələn həftə cümə günü 12 may 2017-ci ildə iqtisadiyyat mövzusudna keçiriləcək. 

İranda 12-ci prezident seçkiləri 19 mayda keçiriləcək.