May 07, 2017 15:33 Asia/Baku
  • İnqilab Rəhbəri: Seçkilərdə iştirak düşmənlərin gözündə İranın əzəmətinə səbəb olur
    İnqilab Rəhbəri: Seçkilərdə iştirak düşmənlərin gözündə İranın əzəmətinə səbəb olur

İslam İnqilabının Böyük Rəhbəri xalqın müxtəlif sahələrdə, xüsusən seçkilərdə əzəmətli iştirakının düşmənlərin gözündə İranın əzəmətinə və İran xalqının maraqlarının qorunması və toxunulmazlığına səbəb olduğunu bildiriblər.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei bu gün İran müəllimlərindən bir qrupu ilə görüşdə seçkiləri həyati və dini demokratiya təfəkküründən irəli gələn bir məsələ adlandırıb və belə vurğulayıblar: Bütün xalqın müxtəlif siyasi təmayüllərlə 2017-ci il 19 may seçkilərində iştirakı İranın qüdrəti, əzəməti və toxunulmazlığının qorunmasına bir zəmanətdir və belə bir iştirakla düşmən əsla İran xalqı qarşısında bir addım belə ata bilməyəcək.

Həzrət Ayətullahuluzma Xamenei sonra belə qeyd ediblər: İran İslam Respublikası quruluşunda belə deyildir ki, "respublika "İslam"a əlavə olunmuş olsun və əgər seçkilər olmasaydı, bu gün İran İslam Respublikasından bir əsər-əlamət qalmazdı.

O həzrət əlavə ediblər: Düşmənin öz düşmənçiliyini bildirməsi qarşısındakı yeganə maneə, xalqın səhnədə iştirakıdır, zira milyonlarla gəncə, huşlu və güclü insan qüvvəsinə malik səksən milyon nəfərlik bir ölkənin əzəməti düşmənin ürəyinə qorxu salır.

İslam İnqilabının Böyük Rəhbəri söyləyiblər: Seçkilərdə əsas və mühüm məsələ, İslamın və quruluşun müdafiəsinə, həmçinin İranın toxunulmazlığını qorumağa hazır olduğunu göstərmək üçün bütün xalqın seçki məntəqələrində iştirakıdır.

Həzrət Ayətullahuluzma Xamenei həmçinin təlim və tərbiyə nazirliyini İranda elm və tədqiqatın əsas infrastrukturu adlandırıb və belə söyləyiblər: Əgər təlim və tərbiyə nazirliyi düzgün proqram və siyasətlər əsasında hərəkət edərsə, İran elm və tədqiqat cəhətdən zəngin olacaqdır.

Teqlər