İspaniya bankları İranın neft-kimya sənayesi üzrə müqavilələrə zəmanət verməyə hazırdırlar
İspaniyanın Tehrandakı səfiri deyib: İspaniya bankları İranın neft-kimya sənayesi üzrə müqavilələrə zəmanət verməyə hazır olduqlarını elan ediblər və yaxın gələcəkdə İspaniya bankları vasitəsilə avropalı şirkətlərlə maliyyə və ticarət imkanı yaranacaqdır.
IRNA-nın məlumatına görə, İspaniyanın Tehrandakı səfiri Edvard Busket bu gün Tehranda 22-ci beynəlxalq neft, qaz, neft və qaz ayırma, həmçinin neft-kimya sərgisinin kənarında İran neft nazirinin neft-kimya məsələləri üzrə müavini Mərziyyə Şahedayi ilə görüşdə əlavə edib ki, ölkəsi geniş həmkarlıqlar, ixracat, investisiya və maliyyə sahələrinin yaranması üçün ispan və iranlı şirkətlər arasında əlaqənin yaradılması prosesinin sürətləndirilməsi istiqamətində bir sistemin yaradılmasına maraqlı olduğunu vurğulayıb.