56 milyondan çox iranlı seçkilərdə səs vermək hüququna malikdir
İranın seçki komisiyasının sədri deyib: 12-ci prezident seçkiləri və 5-ci şəhər və kəndlər üzrə islami şura seçkilərində 56 milyon 410 min 234 nəfər səs vermək hüququna malikdir.
Əli Əsğər Əhmədi bu gün İRNA-ya verdiyi müsahibəsində deyib: 1 milyon 350 nəfər də ilk dəfə olaraq səs vermək hüququ qazanır.
İranın seçki komisiyasının sədri deyib: Xaricdə yaşayan iranlılar şəxsiyyət vəsiqəsinə malik olmasalar da qanuna görə pasportları ilə prezident seçkilərində iştirak edə bilərlər.
İran seçkiləri ilə əlaqədar başqa məlumata görə, İranın seçki komisiyasının informasiya texnologiyaları komitəsinin sədri Əmir Şücaian deyib: Şəhər şuraları seçkiləri 141 şəhərdə tam elektron qaydada keçiriləcək.
Şücaian deyib: İslami şuralara min 41 nəfər namizəd elektron qaydada seçiləcək.
12-ci prezident seçkiləri və 5-ci şəhər və kəndlər üzrə islami şuralar seçkiləri mayın 19-da keçiriləcək.