May 11, 2017 12:38 Asia/Baku
  • Seçki əhval-ruhiyyəsi yüksəlir
    Seçki əhval-ruhiyyəsi yüksəlir

Bu gündən etibarən, ölkədə əhval-ruhiyyə şəhər və kənd islam şuralarına seçkilərin namizədlərinin təbliğatlarının başlanması ilə başqa bir rəng alıbdır.

Şəhər və kənd islam şuralarına seçkilərin namizədlərinin bir həftə fürsətləri var. Onlar seçkilərə 24 saat qalanadək təbliğat apara bilərlər.

Şuralar və prezident seçkiləri namizədləri üçün yeddi çətin və çoxsəyli gün və xalq üçün də  təyinedici günlər olacaqdır ki, sonda prezidentlik və islam şuraları üçün iş bilən və layiqli şəxslər seçilmiş olsunlar.

İran İslam Respublikasının Əsas Qanununun 7-ci maddəsinə əsasən şuralar ölkə işlərinin idarəsi və qərarçıxarma üzrə orqanlardan, eləcə də İran İslam Respublikasının siyasi quruluşunun mərkəzlərindəndirlər.

Yerli şuralar kənd, nahiyə, şəhər, rayon və vilayət kimi müxtəlif səviyyələrdə tərif olunublar. Yerli tələblərə əsasən və əhalinin həmkarlığı əsasında ictimai, iqtisadi və rifah proqramlarının həyata keçirilməsi yerli şuralar mövzusunun irəli sürülməsi fəlsəfəsi kimi İran İslam Respublikasının Əsas Qanununda qeyd olunubdur. Şuraların qərarları onların ixtiyarları çərçivəsində yerli rəsmilər üçün icbaridir.

İran prezident seçkilərinin namizədləri təbliğat proqramlarının davamında öz münasibətlərini xalqa şərh ediblər.

12-ci prezident seçkilərinə namizəd İshaq Cahangiri bazar ertəsi günü İranın 3-cü telekanalının xüsusi verilişində onu düşündürən əsas məsələnin gənclərin məşğulluğu olduğunu bildirərək, deyib: Bilik əsaslı şirkətlərin genişləndirilməsi və tələbələrin nəzəriyyələrini cəzb etmək üçün elm və texnologiya parklarının yaradılması ilə gənclərin işsizlik problemini həll etmək olar.

Prezident seçkilərinə digər namizəd- Seyid İbrahim Rəisi də bazar ertəsi günü Əhvazda Xuzistan vilayətinin köçəri tayfalarının başçıları qarşısında ölkənin iqtisadi durumunun xalqa layiq olmadığını bildirərək, deyib: Əgər ölkənin icra idarəçiliyi cihadi və inqilabi olarsa, bütün problemlər həllolunasıdır.

Ölkə prezidenti və 12-ci prezident seçkilərinə namizəd Həsən Ruhani də Kermanşah əhalisi qarşısında özünün dörd il bundan öncəki vədlərinə əməl etdiyini bildirərək, deyib ki, gənclərin köməyilə İran tərəqqiyə doğru hərəkət edəcək.

12-ci prezident seçkilərinə başqa bir namizəd- Mustafa Mirsəlim isə İranın xəbər telekanalının seçki proqramında deyib ki, İranın problemlərinin həlli və çatışmazlıqların aradan qaldırılması üçün əməldə xalqa layiqli bir meyar təqdim olunmalıdır. O, bildirib ki, bu əsasda çox sürətlə ölkənin mürəkkəb problemlərini həll etmək mümkündür.

Prezident seçkilərinə digər namizəd- Seyid Mustafa Haşemi Təba da Gənc Jurnalistlər Klubunda keçirilən mətbuat konfransında məşğulluq və məhrumların məsələlərinə baxılmasını özünün əsas iş prinsiplərindən adlandırıb.

12-ci prezident seçkilərinə digər namizəd-Mohəmməd Qalibaf da Lorestan vilayətinin mərkəzi olan Xürrəmabad şəhərində bildirib ki, ölkə iş və əmələ ehtiyaclıdır. O, deyib ki, prezident olacağı təqdirdə, onun dövlətinin birinci işi, beş milyon iş yerinin yaradılmasıdır.

Sabah prezident seçkilərinə bu altı namizədin arasında siyasi və iqtisadi məsələlərin nəzərdən keçirilməsi istiqamətində debat keçiriləcək. Bu debat xalqın nəzərdə tutduğu namizədlər barədə daha aydın təsəvvürünün yaranmasına kömək edəcək. Ekspertlərin qənaətincə, bu debat prezident seçkiləri rəqabəti atmosferi üçün təyinedici olacaq.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei də dünən gənc pasdarlar qarşısında ölkədəki seçki atmosferinə toxunaraq, buyurdular: Çaxnaşmalı bir regionda, ölkədə mövcud olan təhlükəsizlik və asayiş dünyanın zalım qüdrətlərinin də hədəf mənbəyi olan İslam Respublikasının iftixarlarından biridir. O həzrət prezident seçkilərinə namizədlərə bir neçə mühüm mövzunu, o sıradan "xalqın iqtisadi və məişət məsələlərinin onların prioritetlərində qərar tapdığını açıq şəkildə və qətiyyətlə bildirməyi" tövsiyə edib və belə deyiblər: Ölkənin milli təhlükəsizliyi və asayişi son dərəcə mühümdür və möhtərəm namizədlər ehtiyatlı olsunlar ki, məsələnin müəyyən edilməsində xətaya yol vermək üstündə etnik, dil, coğrafi və inam axınları təhrik etməsin və düşmənin yarımçıq planı istiqamətində qərar tapmasınlar. Zira əgər bir kəs ölkənin təhlükəsizliyinin əksinə addım atmaq istəyərsə, mütləq sərt cavab alacaqdır.

12-ci prezident seçkiləri və 5-ci kənd və şəhər şura seçkiləri cümə günü, 2017-ci il mayın 19-da keçiriləcək.

Teqlər