İmam Mehdinin (əc) viladətinin ildönümü ərəfəsində İranda bayram əhval-ruhiyəsi yaşanır
https://azeri.sahartv.ir/news/İran-i268858-İmam_mehdinin_(əc)_viladətinin_ildönümü_ərəfəsində_İranda_bayram_əhval_ruhiyəsi_yaşanır
Sabah 1438-ci hicri qəməri ili 15 Şaban, 2017-cı milad ili 12 may dünya şiələrinin 12-ci imamı Həzrət İmam Mehdinin (əc) səadətli viladətinin ildönümü gününə təsadüf edir.
(last modified 2024-06-22T21:55:02+00:00 )
May 11, 2017 12:27 Asia/Baku
  • İmam Mehdinin (əc) viladətinin ildönümü ərəfəsində İranda bayram əhval-ruhiyəsi yaşanır

Sabah 1438-ci hicri qəməri ili 15 Şaban, 2017-cı milad ili 12 may dünya şiələrinin 12-ci imamı Həzrət İmam Mehdinin (əc) səadətli viladətinin ildönümü gününə təsadüf edir.

Həzrət Mehdi (əc) 255-ci hicri qəməri ili 15 şabanda səhərçağı İraqın Samirra şəhərində dünyaya göz açıb. O həzrətin ləqəblərindən Höccət, Qaim, Xələf Saleh, Sahibəzzaman, Bəqiyyətəllahı misal göstərmək olar və ən məşhuru Mehdidir.

Atası 11-ci imam İmam Həsən Əsgəri (ə) və anası Nərgizdir.

Həzrət Mehdinin 2 qeybliyi vardır: Birincisi qısamüddətli və ikincisi uzunmüddətli. Birincisi dünyaya gəldiyi zamandan xüsusi naiblərinin dövrünün sonuna qədər davam edib. İkincisi isə həmin andan başlanıb və o həzrətin zühuruna qədər davam edəcək.

İran xalqı həmin münasibətlə küçələri çil-çıraqla bəzəyərək və şirni və şərbət paylayaraq o həzrətin səadətli viladətinin ildönümünü qeyd edir.

İran İslam Respublikası Radio və Televiziya Təşkilatı bəşəriyyətin yeganə xilaskarı Həzrət İmam Zamanın (əc) səadətli viladəti münasibəti ilə bütün dünya müsəlmanları və Əhli-Beyt (ə) aşiqlərini təbrik edir.