General Səfəvi: İranın təhlükəsizliyi onun xalq bazasına görədir
https://azeri.sahartv.ir/news/İran-i269426-general_səfəvi_İranın_təhlükəsizliyi_onun_xalq_bazasına_görədir
İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Komandanının ali müşaviri deyib: İranın təhlükəsizliyi onun xalq bazasına və xalqa sövkəndiyinə görədir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 16, 2017 13:52 Asia/Baku
  • General Səfəvi: İranın təhlükəsizliyi onun xalq bazasına görədir
    General Səfəvi: İranın təhlükəsizliyi onun xalq bazasına görədir

İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Komandanının ali müşaviri deyib: İranın təhlükəsizliyi onun xalq bazasına və xalqa sövkəndiyinə görədir.

İRNA-nın verdiyi məlumata görə, General Leytenant seyid Yəhya Rəhim Səfəvi İran sərhədlərində kənardakı destabilliyə toxunaraq deyib:  İranda təhlükəsizlik göstəricilərinin yerliləşməsi və xalqa sövkənməsi sərhəddən kənardan destabilliyin ölkəyə daxil olmasına mane olur. 

General Səfəvi deyib: Hər hansı bir ölkədə təhlükəsizlik inkişaf üçün ən əsas zərurət və ən önəmli göstəricidir və inkişaf etmiş ölkələr iqtisadi və siyasi inkişafı təhlükəsizlik üzərində qurublar.