May 19, 2017 14:55 Asia/Baku
  • Zərif: ABŞ-ın İran əleyhinə yeni hərəkəti dardüşüncəliliyin əlamətidir

İran İslam Respublikası xarici işlər naziri deyib: ABŞ heç vaxt Əhatəli Müştərək Təşəbbüs Proqramı və nüvə anlaşması ilə bağlı öhdəliklərinin icrası üzrə imkanlardan istifadə etmədi və İran əleyhinə yeni hərəkət dardüşüncəlilikdir.

İRNA-nın məlumatına görə, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif cümə günü jurnalistlərə verdiyi açıqlamada ABŞ hökuməti tərəfindən İran əleyhinə sanksiyaların ləğvi müddətinin uzadılması və bu ölkənin sanksiyalar siyahısında fiziki şəxslər və şirkətlərin əlavə olunması barəsində deyib: ABŞ hökuməti vaxtından bir gün əvvəl sanksiyaların ləğvi müddətinin uzadılması sənədini imzaladı. Lakin bununla belə onun kənraında gördüyü işlərlə atmosferi korlamağa çalışır.

Zərif həmçinin deyib: ABŞ bundan öncə də İranın Əhatəli Müştərək Təşəbbüs Proqramı üzrə öhdəliklərini yerinə yetirməli olduğunu elan etməli olduğu halda, bildirdi ki, İranın nüvə anlaşmasından maksimum faydalanmasını istəmir və raket sanksiyaları siyahısına bir sıra şəxsləri əlavə etdi.

İran xarici işlər naziri bildirib: İran qarşılıqlı olaraq ABŞ-ın 9 fiziki şəxsi və şirkətini öz sanksiyalar siyahısına əlavə edib.

ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı günü nüvə anlaşmasına əsasən İran əleyhinə sanksiyaların ləğvi müddətini uzatmaqla 7 İran və xarici şirkət və fiziki şəxsi öz raket sanksiyaları siyahısına əlavə edib.

İran XİN də cümə axşamı günü ABŞ hökumətinin hərəkətinə reaksiyada bir bəyanat verərək ABŞ-ın birtərəfli və qeyri-qanuni beynəlxalq sanksiyalar siyahısına fiziki və hüquqi şəxslərin əlavə olunmasını pisləyib və onu beynəlxalq hüquq normaları zidd və qəbuledilməz adlandırıb.

Teqlər