May 20, 2017 08:57 Asia/Baku
  • İran prezident seçkilərinin ilkin nəticələri elan olunub

Dünən İran İslam Respublikasında keçirilmiş 12-ci prezident seçkilərinin ilkin nəticələri elan olunub. Bu nəticələrə əsasən, Həsən Ruhani 14 milyondan çox səslə öndə gedir.

İran seçki komissiyasının sədri Əli Əsğər Əhmədi bu gün səhər İranın xəbər telekanalından yayımlanan canli proqramda və müxbirlər qarşısında 12-ci prezident seçkilərində 40 faizdən çox bir iştirakın olduğunu bildirərək, belə qeyd edib: Alınmış 25 milyon 182 min 310 düzgün səsdən Həsən Ruhani 14 milyon 619 min 848, Seyid İbrahim Rəisi Sadat 10 milyon 125 min 855, Mustafa Ağa Mir Səlim 297 min 276 və Mustafa Haşemi-Təba isə 139 min 331 səs toplayıblar.

İranda 12-ci prezident və 5-ci şəhər və kənd islam şuraları seçkiləri üç dəfə uzadılaraq, dünən saat 24-dək davam edibdir.

Seyid İbrahim Rəisi Sadat, Həsən Ruhani, Mustafa Ağa Mir Səlim və Mustafa Haşemi-Təba İranda 12-ci prezident seçkilərinin dörd namizədi idi.

56 milyon 410 min 234 nəfər 12-ci prezident və 5-ci şəhər və kənd islam şuraları seçkilərində səsvermə şəraitinə malik idi.

Teqlər