İran xalqının seçki qəhrəmanlığı dünya medialarında
İran xalqının 12-ci prezident və 5-ci şəhər və kənd islam şuraları seçkilərində qəhrəmancasına və tarix yaradan iştirakı dünya, xüsusən Qərb medialarında geniş əks-səda doğurubdur.
Müxtəlif Qərb mediaları İranda seçkilərin başlanması ilə öz izləyiciləri üçün İran prezident seçkilərindəki uzun növbələrin önəmini şərh etdilər. Bu istiqamətdə İsveçrə telekanalının müxbiri belə xəbər verib: Seçki məntəqələrindəki uzun növbələr İran xalqının prezident seçkilərindəki yüksək iştirakından söz açır.
Avstriyanın ORF telekanalının Tehrandakı müxbiri də belə xəbər yayıb: Bu dövrədəki seçkilərdə iştirak son dərəcə mühüm və yüksəkdir; 56 milyondan yuxarı İran vətəndaşı səsvermə şəraitinə malikdir və prezident seçkiləri bir çox iranlı üçün real və taletəyinedici bir qərar sayılır.
Frans-24 telekanalı da xalqın uzun növbələrlə seçki məntəqələrindəki iştirak miqdarını İranda 12-ci prezident seçkilərinin qabarıq cəhətlərindən adlandırıb.
Fransanın "İnter Frans" radiosunun vebsaytı da cümə günü Klemans Fuldanın qələmindən çıxmış "İran prezident seçkiləri Yaxın Şərqi hərəkətə gətirə bilərmi?" adlı məqalədə yazıb: İran prezident seçkilərinin təsiri daxili məsələlərdən geniş olacaq və beynəlxalq məsələləri də təsir altına alacaqdır.
Frans-Press də Tehrandan verdiyi reportajda İran prezident seçkiləri barədə belə yazıb: İranın Ali Məqam Rəhbəri Həzrət Ayətullah Xamenei seçki məntəqələrinin fəaliyyətinin başlanmasından az sonra öz səsini seçki qutusuna saldı və belə dedi: Ölkənin taleyi İran xalqının əlindədir.
Belə bir halda, Amerikanı CNN telekanalı İran xalqının prezident seçkilərindəki geniş iştirakını öz izləyiciləri üçün işıqlandırdı və bildirdi ki, İranda səsvermə saatı bir neçə dəfə uzadılıbdır ki, uzun növbələrdə dayanmış milyonlarla iranlı öz səsini səs qutularına sala bilmiş olsun.
Xalqın seçki məntəqələrindəki geniş və milyonluq iştirakına görə, səsvermə zamanı dörd dəfə uzadıldı. Prezident, eləcə də şəhər və kənd islam şuraları seçkilərində iştirak üçün sonuncu fürsət cümə günü saat 24 idi.
Qərb mediaları ilə paralel şəkildə ərəb mediaları da İran prezident seçkilərini işıqlandırdılar. Livanda çıxan Ələxbar qəzeti yazıb: Hamı gözləsin ki, İran İslam Respublikasının və regionun həssas mərhələsində İran seçkilərinin səs qutularından hansı kəsin adı çıxacaq.
Londonda çıxan ərəbdilli Rəyulyəum qəzeti də İranda prezident seçkilərinin keçirilməsinə işarə edərək, İran İslam Respublikasını Asiyanın qərbində ən böyük regional qüdrət adlandırıb.