İran xalqının seçkilərdə əzəmətli iştirakı milli həmrəylik nişanəsi idi
İngiltərə islam cəmiyyətlərinin katibi deyib ki, yalnız iranlı öz ölkəsinin gələcəyi üçün qərar çıxarır və İran xalqının seçkilərdə əzəmətli iştirakı milli həmrəylik nişanəsi idi.
İngiltərə islam cəmiyyətlərinin katibi Məryəm Moradi dünən axşam çoxlu sayda iranlının prezident seçkilərində iştirak etməsinə toxunaraq bildirib ki, yalnız iranlı öz ölkəsinin gələcəyi üçün qərar çıxarır.
O, qeyd edib ki, İran xalqının seçkilərdə əzəmətli iştirakı milli haqqa təmayül və həmrəylik nişanəsidir.
İngiltərə islam cəmiyyətlərinin katibi ümidvarlıq edib ki, bu seçkilər nəticəsində İslam İnqilabının amallarına sadiq, layiqli və ürəkyanan bir şəxs seçiləcək.
12-ci prezident və 5-ci şəhər və kənd islam şuraları seçkiləri dünən İranda və 100-dən çox ölkədə keçirildi.
Seyid İbrahim Rəisi Sadat, Həsən Ruhani, Mustafa Ağa Mir Səlim və Mustafa Haşemi-Təba İranda 12-ci prezident seçkilərinin dörd namizədi idi.