İranın hərbi qüdrəti haqda ABŞ-ın məlumat zəifliyi
https://azeri.sahartv.ir/news/İran-i270004-İranın_hərbi_qüdrəti_haqda_abŞ_ın_məlumat_zəifliyi
İranın Silahlı Qüvvələrinin sözçüsü deyib: Hərbi cəhətdən İran İslam Respublikasının maddi və mənəvi qüdrəti haqda amerikalıların məlumatı çox məhduddur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 21, 2017 10:48 Asia/Baku
  • İranın hərbi qüdrəti haqda ABŞ-ın məlumat zəifliyi
    İranın hərbi qüdrəti haqda ABŞ-ın məlumat zəifliyi

İranın Silahlı Qüvvələrinin sözçüsü deyib: Hərbi cəhətdən İran İslam Respublikasının maddi və mənəvi qüdrəti haqda amerikalıların məlumatı çox məhduddur.

General Seyid Məsud Cəzayiri əlavə edib: İran İslam Respublikasının müdafiə qüdrəti haqda ABŞ-ın bəzi qurumlarının yaydıqları məlumatlarla bu nəticəyə çatmaq olar ki, ABŞ-ın hərbi və təhlükəsizlik xidmətləri İranın müdafiə potensiallarının dərinliyini dərk edə bilmirlər.

O bildirib: İranın önləyici qüdrəti aktiv önləyiciliyə əsaslanır. Belə ki, hər bir təcavüzkarı məhvə və təslimə qədər təqib edəcək.

İranın Silahlı Qüvvələri sözçüsü həmçinin regionda müharibə və de-stabilliyin artmasında ABŞ və sionist rejimin roluna toxunub: Qərbi Asiyada stabillik və dincliyin bərpa olunması bu strateji bölgədən əcnəbilərin çıxmasını tələb edir.