May 21, 2017 20:24 Asia/Baku
  • Ruhani: 12-ci hökumət daha yararlı və az səhvli olacaq
    Ruhani: 12-ci hökumət daha yararlı və az səhvli olacaq

İran İslam Respublikası prezidenti deyib: 12-ci hökumət daha yararlı və az səhvli olacaq və milli məqsədlər istiqamətində qüdrətlə addım atacaq.

Həsən Ruhani Nazirlər Kabinetinin iclasında 19 may seçkilərində aktiv iştirakına görə İran xalqını təbrik edib: 12-ci höukmət İranın inkişafı və tərəqqisi istiqamətində möhkəm addımlar atacaq və birliklə İranın yüksək məqsədlərini əldə edəcək.

Həsən Ruhani bildirib: 40 milyonluq səs qutusu əslində milli etimad qutusu, İran xalqı üçün beynəlxalq və ictimai sərmayə idi. Xoşbəxtlikdən bu sayda səs İslam İnqilabının 40 illiyi ərəfəsində baş verdi.

İran prezidenti bildirib: İran region və dünyadakı düşmənləri və müxalifləri qarşısında qərarlaşıb. Onlarla qarşılaşmaq üçün birləşmək lazımdır və ölkənin yüksəlişi istiqamətində heç nəyi əsirgəmək olmaz.

Teqlər