Zərif Ali-Xəlifə hərbçilərinin Şeyx İsa Qasimin mənzilinə basqınına reaksiya verib
İran xarici işlər naziri Ali-Xəlifə rejimi hərbçilərinin Bəhreyn şiələrinin tanınmış ruhanisi Şeyx İsa Qasimin mənzili və əhaliyə hücumunu pisləyib.
İSNA-nın məlumatına görə, Məhəmməd Cavad Zərif çərşənbə axşamı günü Twitter səhifəsində yazıb: ABŞ prezidentinin Ər-Riyaddda diktatorlarla səmimi görüşünün ilk nəticəsi Bəhreyn vətəndaşlarının dinc etirazlarına dəhşətli hücumdur.
Ali-Xəlifə rejimi bazar günü Şeyx İsza Qasimi bir il azadlıqdan məhrum və onun əmlakını müsadirə edib. Bu da Bəhreyndə ictimai etirazlarla nəticələnib.
Ali-Xəlifə rejimi qüvvələri də Şeyx İsa Qasimin yaşadığı Əd-Duraz bölgəsinə bir neçə istiqamətdən hücum edib.
Bu məhəllədə yüzlərlə nəfər mühasirədədir və sakinlərin müqavimətinə baxmayaraq, Ali-Xəlifə rejimi qüvvələri bu tanınmış ruhaninin mənzilinin qapısını sındırıblar.
Qarşıdurmalar bir nəfərin ölməsi və yüz nəfərin yaralanması ilə nəticələnib.
Bəhreyn 14 fevral 2011-ci ildən Ali-Xəlifə rejiminə qarşı xalq inqilabının şahididir.
Bəhreyn vətəndaşları azadlıq, ədalətin bərpası, ayrı-seçkiliyin aradan qaldırılması və xalqın seçdiyi hökumətin iqtidara gəlməsini istəyir. Lakin Bəhreyn rejimi etirazlar alovunu söndürmək üçün, çoxlu sayda müxalif lideri həbs və cinayət işləri açaraq onları uzun müddətə azadlıqdan məhrum etmişdir.