May 24, 2017 14:12 Asia/Baku
  • İsfahanda İran ordusunun quru qoşunları hərbi təlimlərə başlayıb

İran İslam Respublikası ordusunun Quru Qoşunlarının Xürrəmşəhrin azad olunmasının 35 illiyi ilə yanaşı İsfahanda Beytül-Müqəddəs-29 hərbi təlimləri başlanıb.

İran ordusu Quru Qoşunlarının Beytül-Müqəddəs-29 hərbi təlimlərinin komandanı general-leytenant Nozər Neməti çərşənbə günü bu hərbi təlimlərə start verilməsinə göstəriş verib.

İran ordusu Quru Qoşunlarının Beytül-Müqəddəs-29 hərbi təlimlərinin başlanmasına göstərişin verilməsi ilə, piyada qüvvələr, artilleriya, çevik reaksiya, 65-ci xüsusi diviziya, pilotsuz uçan aparatlar, hərbi vertolyotlar və İran Ordusu Hərbi Hava Qoşunlarının qırıcı təyyarələri İsfahanda təlimlərin keçirildiyi məkana daxil olublar.

Bu gün 3 xordad (24 may) İranın cənub qərbində Xürrəmşəhr şəhərinin 1982-ci ildə azad olunmasının ildönümü günüdür. Xürrəmşəhrin azad edilməsi İraqın İrana qarşı elan olunmamış müharibəsində Beytül-Müqəddəs əməliyyatının ən önəmli məqsədlərindən biri idi. Bu şəhər 578 gün işğaldan sonra azad edildi.

 

Teqlər