May 24, 2017 19:33 Asia/Baku
  • İran ordusunun hərbi təlimləri uğurla sona çatıb

İran İslam Respublikası Ordusu Quru Qoşunlarının Beytül-Müqəddəs-29 hərbi təlimləri bu gün İranın mərkəzində İsfahanda uğurla sona çatıb.

İran Ordusu Quru Qoşunlarının Beytül-Müqəddəs-29 hərbi təlimlərinin komandanı general-leytenant Nozər Neməti bu böyük və xüsusi hərbi təlimləri sona çatdıqdan sonra jurnalistlərə deyib: Hərbi təlimlərdə iştirak edən qüvvələr nəzərdə tutulan məqsədlər üzrə bütün tapşırıqlarını yerinə yetirib və bu hərbi təlimlərdə mövcud silah və sursatların potensialları əks olunub.

İran İslam Respublikası Ordusu Quru Qoşu7nlarının Beytül-Müqəddəs-29 hərbi təlimləri Xürrəmşəhrin azad olunmasının 35 illiyi ilə yanaşı İranın mərkəzində İsfahanda keçirilib.

Bu gün 3 xordad (24 may) İranın cənub qərbində Xürrəmşəhr şəhərinin 1982-ci ildə azad olunmasının ildönümü günüdür. Xürrəmşəhrin azad edilməsi İraqın İrana qarşı elan olunmamış müharibəsində Beytül-Müqəddəs əməliyyatının ən önəmli məqsədlərindən biri idi. Bu şəhər 578 gün işğaldan sonra azad edildi.

Teqlər