May 27, 2017 12:02 Asia/Baku
  • İran İslam Şurası Məclisinin sədri Əli Laricani
    İran İslam Şurası Məclisinin sədri Əli Laricani

İran İslam Şurası Məclisinin sədri mübarək Ramazan ayının gəlib çatması münasibəti ilə İslam ölkələri parlament sədrlərini təbrik edib.

İran İslam Respublikasında bu gün şənbə mübarək Ramazan ayının ilk günüdür. bir çox ölkə 27 May 2017-ci ili Ramazan ayının ilk günü elan edib.

İran İslam Şurası Məclisinin sədri Əli Laricani şənbə günü İslam ölkələri parlament sədrlərinə ünvanladığı təbrik müraciətində deyib: İslam Dünyasının ifratçılıq və təkfirçilik terrorizminin yayılmasından qaynaqlanan hazırkı çətin və təəssüf doğuran durumdan xilas olması İslam ölkələri tərəfindən mütəşəkkil formada birgə səylərin həyata keçirilməsinə ehtiyaclıdır. 

Əli Laricani həmçinin, İran parlamentinin terrorizm ilə mübarizədə konstruktiv əməkdaşlığa hazır olduğunu da qeyd edib. 

İran İslam Şurası Məclisinin sədri əlavə edib: Heç şübhəsiz İslam ölkələrində davamlı sülh, sabitlik, təhlükəsizlik və rifahın təmin edilməsinə aparan yolda parlamentlərarası əməkdaşlıqlar müsbət təsirə malik olmuş olacaq. 

Teqlər