May 28, 2017 17:55 Asia/Baku
  • İmam Xomeyninin(rə) vəfatının ildönümünə həsr edilmiş proqramlar açıqlandı
    İmam Xomeyninin(rə) vəfatının ildönümünə həsr edilmiş proqramlar açıqlandı

İmam Xomeynini(rə) anma qərargahının katibi deyib: İmam Xomeyninin(rə) vəfatının ildönümü mərasimi 4 iyun tarixində İran İslam Respublikası banisinin məqbərəsində keçiriliəcək.

Məhəmməd Əli Ənsari bazar günü mətbuat konfransında deyib: İmam Xomeyninin(rə) vəfatının ildönümü günü mərasiminin Ramazan ayına təsadüf etməsini nəzərə alaraq, mərasim axşam namazından öncə və İslam İnqilabının Böyük Rəhbərinin çıxışı ilə İran İslam Respublikasının dahi memarının pak məqbərəsində keçiriləcək. Yerli vaxtla saat 18-də başlayacaq mərasim saat 20-yə kimi davam edəcək.

Məhəmməd Əli Ənsari əlavə edib: Bu ilki mərasimdə xalq və ölkə rəsmiləri, ordu komandanları habelə, İslam ölkələri səfirləri iştirak edəcəklər.

Teqlər