Zərif səudiyyəli təyyarənin İranın hava zolağına daxil olması haqda açıqlama verib
İran xarici işlər naziri Səudiyyə Ərəbistanının İranın hava zolağına daxil olan təyyarəsinin neft ekspertlərini daşıdığını bildirib: İranın havadan müdafiə qüvvələrinin xəbərdarlığı ilə bu təyyarə istiqamətini dəyişib və İranın hava zolağını tərk edib.
İRİB-in məlumatına görə, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif çərşənbə günü Nazirlər Kabinetinin iclasının kənarında jurnalistlərə verdiyi açıqlamada Səudiyyə Ərəbistanı təyyarəsinin İranın hava zolağına daxil olması barədə deyib: Bu təyyarə neft ekspertlərini aparırmış və proqrama əsasən müəyyən olan istiqamətdə İranın hava zolağından istifadə etməli idi, lakin qəfildən istiqamətini dəyişib.
İran xarici işlər naziri əlavə edib: Dərhal İranın havadan müdafiə qüvvələri məsələyə müdaxilə edib və bu təyyarəyə dərhal öz əvvəlki istiqamətinə qayıtmasını xəbərdarlıq edib, təyarə dərhal İranın hava zolağını tərk edib.