Zərif: Terrorçular demokratiyanın mərkəzini hədəfə alıblar
https://azeri.sahartv.ir/news/İran-i272216-zərif_terrorçular_demokratiyanın_mərkəzini_hədəfə_alıblar
İran xarici işlər naziri çərşənbə günü Tehranda törədilən terror aktlarını demokratiyanın mərkəzinə hücum adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 08, 2017 05:40 Asia/Baku
  • Məhəmməd Cavad Zərif
    Məhəmməd Cavad Zərif

İran xarici işlər naziri çərşənbə günü Tehranda törədilən terror aktlarını demokratiyanın mərkəzinə hücum adlandırıb.

İRNA-nın verdiyi məlumata görə, Məhəmməd Cavad Zərif cümə axşamı səhər saatlarında öz Tvitter səhifəsində paylaşdığı  yazıda "despot"ların demokratiyaya nifrət etdiklərinə işarə edib: "Onların muzdluları despotların ən çox nifrət etdiyi demokratiyanın mərkəzinə hücum ediblər".

Zərif terrorizmi himayə edən despotların savaşı İranın daxilinə sövq etdirəcəkləri barədəki təhdidlərinə işarə edib və deyib: "Onların muzdluları, ağalarının ən çox nifrət etdikləri yerə, yəni, demokratiyanın mərkəzinə hücum edirlər".